Yanğın söndürülüb
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.
BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.
Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO
Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.