Bitişik ev yanğından mühafizə olunub
Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb.
BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb.
Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BakuCity.az