Abşeronun ən hündür mayakı təmir olunur - FOTO

Abşeronun ən hündür mayakı təmir olunur - FOTO

İşlər yaxın günlərdə yekunlaşacaq

Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur.

BakuCity.az Azvision.az-a istinadən məlumat verir ki, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir.

Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstruksiyalı daş qüllədən ibarət olan mayakın pəncərələri lövbər, giriş qapısı isə tağ şəklində işlənib. Qüllənin zirvəsinə 102 pilləli dolanbac pilləkənlə qalxmaq mümkündür. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilib. Əks etdirdiyi işıq 38 km məsafədən görünməklə gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin edir.

İlk vaxtlar mayak kerosin lampası ilə işıqlandırılıb. Sonralar, 1912-ci ildə mayakın işıqlandırılması sistemi kerosin-damla qurğusu ilə təmin olunub. 1956-cı ildən elektrik enerjisi ilə əvəz edilib. Hazırda mayakın işıqlandırılmasını 500 vatlıq elektrik lampası və xüsusi linzalar təmin edir.

BakuCity.az

Abşeron mayak təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər