Güzəştli mənzillər belə təhvil veriləcək - VİDEO

Güzəştli mənzillər belə təhvil veriləcək - VİDEO

Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu

Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksində olduğu kimi, Hövsan Yaşayış Kompleksinin mənzilləri də ənənəvi olaraq 2 cür təmir edilib. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilib.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri çəkilib.

Həmçinin oxu: Hövsandakı sosial evlərin satışı başlayır - VİDEO

Tezliklə Hövsan Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə veriləcək. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkün olacaq.

BakuCity.az

güzəştli mənzillər təmir Hövsan Yaşayış Kompleksi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər