Bakıda piyadaların daha çox vurulduğu yer buradır - VİDEO

Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir.

BakuCity.az xəbər verir ki, bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti, 118 b və 132 ünvanlarında müşahidə aparılıb.

Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmişkən, keçid istifadəyə tam hazırdır və son tamamlanma işləri aparılır. Buna baxmayaraq, artıq öz həyatını və sağlamlığını düşünən insanlar həmin keçiddən istifadə edə bilirlər. Keçiddə normal şərait yaradılıb, pandus quraşdırılıb (uşaq və əlil arabası ilə hərəkət də mümkündür) və işıqlandırma təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olublar. Onlar burada piyadavurma hadisələrinin təhlilini aparıblar. Məlum olub ki, yaxınlıqda yaşayan və ya işləyən bəzi vətəndaşlar yolu təhlükəli şəkildə keçməyə çalışırlar. Bu zaman onların avtomobillə vurulması halları baş verir.

Təqdim olunan videolardan görünür ki, piyadalar olduqca təhlükəli hərəkət edir və avtomobillərin qarşısına qəflətən çıxırlar. Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində yol-nəqliyyat hadisələri baş verir.

Təəssüf ki, yeniyetmə və gənclərin bu hərəkəti acınacaqlı mənzəyə səbəb olur. V.Əsədov piyadalara müraciət edərək özlərini və digərlərini düşünməyi, həyatlarını təhlükəyə atmamağı tövsiyə edib.

Hadisələrin  səbəbinə diqqət çəkən polkovnik bildirib ki, hadisələr, əsasən, sürətli zolaqda baş verir və bu zaman nəqliyyat vasitələrinin sürücüləri hadisənin qarşısını heç cür ala bilmirlər. Çünki piyadalar təhlükəli şəkildə qaçaraq yolun hərəkət hissəsinə daxil olurlar ki, bu zaman sürücü nə qədər çalışsa da, sürəti azalda və piyadavurmadan yayına bilmir.

Yol polisi sürücülərə tövsiyə edir ki, Heydər Əliyev prospektinin həmin hissəsində diqqətli olsunlar. Çünki qəflətən yola piyadalar çıxa bilər. Piyadalar üçün həmin ərazidə keçid tikilib və yaxın günlərdə tam istifadəyə veriləcək.

Ekspert E.Muradlı isə bildirib ki, piyadaların bu cür xaotik hərəkəti sürücüləri çaşdırır və qəzalar da bu səbəbdən baş verir. Hətta hadisələrin birində sürücü yolun ortasında təhlükə yaradan piyadaya irad tutur. Amma buna əhəmiyyət verməyən həmin piyada bir neçə saniyə sonra digər sürücü tərəfindən avtomobillə vurularaq öldürülür.

Digər mənzərə isə insanların avtomobilə əhəmiyyət vermədiyini göstərir, onlar təhlükəni hiss etmir və avtomobilin nə dərəcədə təhlükəli olduğunu dərk etmədən yola çıxırlar ki, bu da onların vurulması ilə nəticələnir.

Hadisə yerində təhlillər apardıqdan sonra V.Əsədov və E.Muradlı yeni tikilən piyada keçidindən istifadə edərək əks tərəfə keçiblər. Bu zaman cəmi 50 saniyə vaxt itkisi etdiklərini müşahidə ediblər. Odur ki, siz də o ərazidə keçiddən istifadə etməyə üstünlük verin. Çünki 50 saniyə kiminsə həyatını puç etməkdən daha önəmli deyil.

BakuCity.az

Bakı piyadalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az