Azərbaycan ildə 22 min ton fındıq ləpəsi ixrac edir
Azərbaycan yaxın 3-4 il ərzində fındıq ixracını 36 faizdən çox artırmağı planlaşdırır.
BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
O bildirib ki, Azərbaycan hazırda ildə 22 min ton fındıq ləpəsi ixrac edir:
"Yaxın 3-4 ildə 30 min tonu keçəcəyik. Bu da ildə orta hesabla 160-200 milyon dollar edir".
İ.Orucov vurğulayıb ki, fındıq ağacları böyük məhsuldarlıq verdiyi üçün 10 il sonra fındıq ixracında kəskin artım müşahidə edilə bilər.
BakuCity.az