Xəstəxanaya çatdırılıb
Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib.
BakuCity.az "Report"a istinadən xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Camal Fəxrəddin oğlu Cahangirov məruz qalıb.
Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.
C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.