Naftalan brendi yaradılır - VİDEO

Naftalan brendi yaradılır - VİDEO

Yeni yaradılacaq brendin loqosu müzakirə olunur

2019-cu ildə Naftalana 40 minə yaxın yerli və xarici turist gəlib. Bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Dünya şöhrətli Naftalanın turizm inkişaf planının icrasına start verilməsi bu şəhəri sağlam həyat sürmək istəyənlər üçün mərkəzə çevirəcək.

BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan nefti fiziki və kimyəvi tərkiblərinə görə də digər neftlərdən fərqlənir. Hazırda bu neftin bir Azərbaycan brendi olaraq dünyaya tanıdılması istiqamətində aparılan işlər Naftalan şəhərinin tək Azərbaycan üçün deyil, dünyanın turizm şəhərlərindən birinə çevirlməsinə də öz töhfəsini vermiş olacaq.

Hazırda xarici bazarı MDB məkanından olan turistlər sayılan Naftalanda üçü 5 ulduzlu olmaqla 12 sanatoriya fəaliyyət göstərir. Kurort şəhərinə müalicə məqsədilə üz tutan turistlər üçün sanatoriya daxilində lazımi şərait yaradılıb.

Naftalanın turizm inkişaf planının icrası şəhərin digər turizm layihələrinin inkşaf etdirilməsinə gətirib çıxaracaq. Artıq Naftalanda bir sıra innovativ layihələrin həyata keçirilməsinə başlanılıb. Şəhərin küçə və prospeklərində, eləcə də parklarda əlillərin sərbəst hərəkətinin təmin olunması üçün panduslar yerləşdiriləcək. Naftalanın turizm potensialının daha da inkişaf etdirilməsi, yeni turizm brendinin yaradılması Dövlət Turizm Agentliyi və sahibkarları bir araya gətirib. Bu məqsədlə təşkil olunan seminarda yeni yaradılacaq brendin loqosu və hədəf bazarları üzərində müzakirələr aparılıb. Qeyd olunub ki, ölkənin neft ixracından sonra ən gəlirli sahəsi turizm hesab olunur. 

Naftalan turizm brendinin yaradılması möcüzəvi neftin dünyada “Made in Azerbaijan” adı ilə tanıdılmasının ilk mərhələsidir. Bu, həm də Naftalanın əvvəlki şöhrətinin bərpası istiqamətində atılan növbəti addımdır.

BakuCity.az

Naftalan nefti brend
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər