Bakıda İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Bakıda İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

4-7 mart 2020-ci il tarixlərində əsas məqsədi İtaliya və Azərbaycan kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyini təbliğ etmək olan İkinci İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcəkdir.   

BakuCity.az xəbər verir ki, festival  İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi, Finlandiyanın Bakıdakı Fəxri Konsulluğu, “IMAGO Group” film istehsalı şirkəti, Venesiyanın Ca’ Foscari Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Cinema Plus və “United Cultures” ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhərində gerçəkləşəcəkdir.

Dünyanın hər yerindən gələn aktyor və rejissorlar bu festivala qatılacaqlar.

Festival çərçivəsində seminarlar, debatlar, məlumat və fikir mübadiləsi tədbirləri, iki ölkənin film sənayeləri arasında kommersiya mübadilələri həyata keçiriləcəkdir.

Festivalın informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Bakıda İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək, fotoşəkil-1

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Film festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər