Canavar hücumuna məruz qalan kişi: "Boğub öldürdüm, sonra yandırdım" - VİDEO

Canavar hücumuna məruz qalan kişi: "Boğub öldürdüm, sonra yandırdım" - VİDEO

Xəsarət alıb

“Üstümə hücum çəkən canavarı boğub öldürmüşəm”.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, bunu Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində canavar hücumuna məruz qalan 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin deyib.

Qəflətən hücum edən heyvanın it deyil, canavar olduğunu iddia edən C.Cahangirov yırtıcını boğub öldürdüyünü, sonra da yandırdığını bildirib.

Canavar onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.

BakuCity.az

Bakı canavar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər