Hava yağıntılı olacaq
Fevralın 20-də Bakıda arabir yağış yağacağı, səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
BakuCity.az