Azərbaycanda "QAZ" avtomobillərinin yığımı gözlənilir

Azərbaycanda "QAZ" avtomobillərinin yığımı gözlənilir

Zavodun dəyəri 14 mln manatdır

“Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Report”a deyib.

Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib:

“Yaxın zamanlarda avadanlıq gətiriləcək və quraşdırılacaq. Mart ayına qədər avadanlığın quraşdırılması prosesi başa çatacaq. Test rejimində avadanlığın işlədilməsi və yığım işlərinə başlanılması gözlənilir. İşlər sürətlə getsə bu il zavodda ilk məhsul buraxıla bilər”.

Xatırladaq ki, 2019-cu ilin fevralın 9-da kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Zavodun dəyəri 14 mln manatdır. Burada ildə, təxminən, 1000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur.

BakuCity.az

QAZ avtomobil yığım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər