Bakıda yeni fırıldaqçı peyda olub: Satıcı qızları aldadıb pul alır - VİDEO

Bakıda yeni fırıldaqçı peyda olub: Satıcı qızları aldadıb pul alır - VİDEO

Hədəfi qadın satıcılar olub

Bakıda mağazalara dələduz dadanıb və yeni üsulla satıcıları aldadaraq pul alır.

BakuCity.az-ın məlumatına görə, bu barədə mağaza sahibi Orxan Məmmədov Baku.ws-ə bildirib.

Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 22 ünvanında yerləşən hədiyyələr mağazasında qeydə alınıb.

Mağazaya daxil olan şəxs satıcı qıza yaxınlaşıb. O bildirib ki, həmin şəxs müdirin tanışıdır və qonşu dükanda işləyir.

Müştəriyə 50 manata xırda pul qaytarmalıdır. Beləliklə, satıcıdan 50 manat pul alıb və qaçıb.

O.Məmmədov bildirib ki, həmin şəxs yaxınlıqdakı dükanlardan da eyni üsulla pul almağa çalışıb.

Çox maraqlıdır ki, onun hədəfi qadın satıcılar olub.

Mağaza müdiri bu barədə polisə müraciət edəcəyini bildirib.

BakuCity.az

Bakı dələduz satıcılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər