Bərpa mərkəzində əsaslı təmir işləri başa çatmaq üzrədir

Bərpa mərkəzində əsaslı təmir işləri başa çatmaq üzrədir

1500-dək əlilliyi olan şəxsə xidmət göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıtdakı Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində bu Bərpa Mərkəzində də müasir tələblərə uyğun şərait yaradılır. Burada əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətlərinə cəlb olunacaq.

Müəssisədə səmərəli fizioterapevtik müalicə üsulları tətbiq edilməklə, həmçinin müasir metodika və texnologiyalardan da geniş istifadə olunacaq. Mərkəzdə əlilliyin olan şəxslərin  hərəkət imkanları üçün maneəsiz şəraitin yaradılması, onlar üçün müyəssərliyin təmin edilməsi də diqqətdə saxlanılır. 

Müəssisə il ərzində 1500-dək əlilliyi olan şəxsi reabilitasiya xidmətləri ilə təmin edəcək.

BakuCity.az

Sumqayıt bərpa mərkəzi təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər