Bakı-Qazax yolunda raket tapıldı - FOTO

Bakı-Qazax yolunda raket tapıldı - FOTO

500 kv.m əraziyə baxış keçirilib

Ağstafa rayonunda raket aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a bildirilib ki, fevralın 19-u saat 09:47-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti - Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Bakı-Qazax yolunun Qarabağ məhəlləsində yolun kənarında mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. ANAMA mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı-Qazax yolunda raket tapıldı - FOTO, fotoşəkil-1 Bakı-Qazax yolunda raket tapıldı - FOTO, fotoşəkil-2 Bakı-Qazax yolunda raket tapıldı - FOTO, fotoşəkil-3 Bakı-Qazax yolunda raket tapıldı - FOTO, fotoşəkil-4 Bakı-Qazax yolunda raket tapıldı - FOTO, fotoşəkil-5

BakuCity.az

Bakı-Qazax yolu raket
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər