MSK bu məntəqələrin nəticələrini də ləğv etdi - VİDEO

MSK bu məntəqələrin nəticələrini də ləğv etdi - VİDEO

Sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

BakuCity.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov iclasda bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videogörüntülər var:

“Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb".

12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib.

İ.Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb:

“Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.

BakuCity.az

MSK iclas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər