Bakıda uşaqlar üçün peşəkar rəqslər: dövlət tədbirləri, qastrollar – ÜNVAN + QİYMƏT

Bakıda uşaqlar üçün peşəkar rəqslər: dövlət tədbirləri, qastrollar – ÜNVAN + QİYMƏT

Ünvanlar ayrı olsa da, qiymətlər, demək olar, eynidir

Uşaqlarınızın peşəkar rəqslə məşğul olmasını, baxımlı rəqs etməsini istəsəniz də, məktəb seçimində çətinlik çəkirsiniz?

BakuCity.az paytaxtda fəaliyyət göstərən və milli rəqslərimizlə yanaşı, bir çox dünya xalqlarının rəqslərini tədris edən məktəblər barədə məlumat toplayıb.

“Graciya Dance Group”da milli və digər xalqların rəqsləri – ləzginka, avar, özbək, hind, gürcü və s. tədris olunur. Dərslər həftədə üç dəfə - 1, 3 və 5-ci günlər keçirilir. Bir dərsin müddəti 1 saatdır.

Dərslər 3-8 yaş arası və qruplara yeni qatılan uşaqlar üçün saat 18:00-da, 8-15 yaş arası uşaqlar üçün isə 19:00-da başlayır. Uşaqlara professional səhnədə çıxış imkanları, festival və beynəlxalq yarışmalara qatılmaq fürsətləri yaradılır.

Ünvan: Təbriz küçəsi, 239
Əlaqə: (+994 12) 514 45 40 - 41/44; (+994 50) 235 29 45

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fəaliyyət göstərən “Alov” Rəqs Ansamblı dünya xalqlarının rəqslərini, milli və müasir rəqsləri tədris edir. Dərslər həftənin 1, 3 və 6-cı günləri saat 18:00-da keçirilir. Dərsin vaxtı isə 1 saatdır.

5-16 yaş arası uşaqlardan ibarət qrup dərsləri saat 13:00-da başlayır. Məktəbin bütün müəllimləri yerlidir. Ansambl ölkədaxili rəqs müsabiqələrinə, çempionatlara və beynəlxalq tədbirlərdə qatılır.

Ünvan: Heydər Əliyev prospekti, 67
Əlaqə: (+994 55) 897 10 59

“Zirvə” Rəqs Ansamblı 4-17 yaş arası uşaqlara müxtəlif dünya xalqlarının rəqslərini öyrədir. Dərslər qrup və fərdi şəkildə keçirilir. Qrup dərsləri həftədə iki dəfə - 1 saat olmaqla, fərdi dərslər isə həftədə bir dəfə - 1 saat olmaqla keçilir. Qrupda 12-15 nəfərdən çox uşaq olmur.

Məktəb ən istedadlı tələbələrdən ibarət ansamblın dövlət səviyyəli tədbirlərə qatılmasına şərait yaradır, qastrol və s. kimi səfərlərə aparır.

Ansambl hazırda müvəqqəti olaraq 44 nömrəli məktəbdə (Şamil Əzizbəyov, 108) fəaliyyət göstərir, amma tezliklə Bülbül prospekti, 65 ünvanında yerləşən və yeni təmir olunmuş Mədəniyyət Evində (açılışından sonra) dərslərə başlayacaq.

Əlaqə: (+994 55) 545 14 90

“The Legend Br.” rəqs studiyasında 6 yaşdan 15 yaşa qədər olan uşaqlara “Hip Hop”, “K-pop”, “Shuffle”, “Street Style” və s. kimi rəqslər öyrədilir. Dərslər hər həftənin üç günü – 2 və 5-ci günlər saat 19:00-da, həftə sonu isə 14:00-da başlayır. Hər dərsin müddəti 90 dəqiqədir. Müəllimlər yerli və peşəkar rəqqaslardır.

Ünvan: Bəşir Səfəroğlu, 219
Əlaqə: (+994 55) 715 31 15

“Jam SS” rəqs məktəbinin komandası uzun illərin təcrübəsinə malik, peşəkar müəllimlərdən ibarətdir. Məktəb sadəcə rəqs öyrətmir, həm də səhnədə çıxış etmək imkanı verir. Burada demək olar ki, hər növ rəqs dərsləri var: milli rəqslər, Qafqaz xalqlarının rəqsləri, Latın Amerikası rəqsləri (salsa, bachata, cha-cha və s.), “Klub tango”, Şərq rəqsləri, Tektonik, Hip Hop və s. Dərslər həftədə 2 dəfə (90 dəqiqə) olmaqla tədris olunur. Məktəbdə həm yerli, həm də əcnəbi müəllimlər çalışır.

Ünvan: İstiqlaliyyət küçəsi, 31A
Əlaqə: (+994 50) 555 86 26

“Asiman” Rəqs Ansamblı paytaxtda bir neçə ünvanda – həftənin tək günləri (o cümlədən həftə sonu) Bakıxanov qəsəbəsində “ParkPlus” Əyləncə Mərkəzi və “Bakı Gənclər Mərkəzi”ndə, cüt günləri isə Üzeyir Hacıbəyov, 49 ünvanında yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya və Rəşid Behbudov, 15 ünvanında yerləşən 8 saylı tam orta məktəbdə 4-17 yaş arası uşaq və yeniyetmələrə, əsasən, milli və Qafqaz xalqlarının rəqslərini tədris edir. Aylıq ödəniş hər ünvanda eynidir.

Qrupa daxil olan uşaqlara səhnədə çıxış etmək imkanı yaradılır. Ansambl indiyədək Heydər Əliyev Sarayında 22 solo konsert verib.

Əlaqə: (+994 55) 668 50 16

Qiymət cədvəli:

Rəqs məktəbi

Qiymət

“Graciya Dance Group”

40 Azn

“Alov” Rəqs Ansamblı

35 Azn

“Zirvə” Rəqs Ansamblı

30 Azn

“The Legend Br.”

40 Azn

“Jam SS”

40 Azn

“Asiman”

30 Azn

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı rəqs uşaqlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər