Prezident və ailəsi Romada gəzintidə - FOTO

Prezident və ailəsi Romada gəzintidə - FOTO

Fotoları Leyla Əliyeva paylaşıb

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Romada gəzintiyə də çıxıblar. 

Gəzintidən çəkilən fotoları Leyla Əliyeva "Instagram" səhifəsində paylaşıb.

Prezident və ailəsi Romada gəzintidə - FOTO, fotoşəkil-1 Prezident və ailəsi Romada gəzintidə - FOTO, fotoşəkil-2 Prezident və ailəsi Romada gəzintidə - FOTO, fotoşəkil-3 Prezident və ailəsi Romada gəzintidə - FOTO, fotoşəkil-4

BakuCity.az

İlham Əliyev Mehriban Əliyeva Roma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər