Sərnişinlər Bakı metrosundan pulsuz istifadə ediblər

Sərnişinlər Bakı metrosundan pulsuz istifadə ediblər

Problem qısamüddətli olub

"BakıKart" aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarında turniketlərdən ödənişsiz keçirilib.

BakuCity.az-ın məlumatına görə, bunu Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya deyib.

Onun sözlərinə görə, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub:

"BakıKart" aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıblar.

Əsas məqsəd sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, bunun üçün də hər şey edilib”.

BakuCity.az

Sərnişinlər Bakı metrosu turniket
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər