İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü - FOTO

İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü - FOTO

Yanvarda itkin düşmüşdü

Azərbaycan Ordusunun itkin düşən hərbçisi Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.

BakuCity.az-ın məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Report"a bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, A.Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü.

İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü - FOTO, fotoşəkil-1

BakuCity.az

itkin hərbçi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər