Azərbaycanda seçkilər zamanı səsvermə mobil telefonla keçirilə bilər

Azərbaycanda seçkilər zamanı səsvermə mobil telefonla keçirilə bilər

"Amma biz eksperiment keçirmək niyyətində deyilik"

Gələcəkdə Azərbaycanda seçkilərdə mobil telefon vasitəsilə səs vermək mümkün ola bilər.

BakuCity.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, Estoniya və Rusiyanın bir hissəsində elektron, mobil cihaz vasitəsilə seçki sisteminin tətbiqinə başlanılıb. Əgər həmin ölkələrdə bu sistemin tətbiqi müsbət nəticə versə, bunu gələcəkdə Azərbaycanda da tətbiq etmək olar.

M.Rəhimov MSK-nın ən mütərəqqi metodları Azərbaycanda tətbiq etmək istədiyini qeyd edib:

"Amma biz eksperiment keçirmək niyyətində deyilik. Hesab edirəm ki, hazırkı seçki qanunvericiliyi Avropa standartlarına uyğundur. Fikrimcə, bizim indiki standartlar seçkinin şəffaf və ədalətli keçirilməsinə yetərlidir. Bununla belə, yeni qaydaların tətbiq olunmasında da heç bir problem yoxdur".

BakuCity.az

seçkilər səsvermə mobil telefon
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər