Binaya giriş qadağandır
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin binasına daxil olub.
BakuCity.az Unikal.org-a istinadən məlumat verir ki, İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.
Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.
12:38
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirirlər.
Bu barədə BakuCity.az Haqqin.az-a istinadən məlumat verir.
Məlumata əsasən, bir qədər əvvəl içərisində xüsusi təyinatlıların olduğu 4 cip avtomobili binaya yaxınlaşıb.
DTX əməkdaşları binanın girişində xüsusi blok-post qurublar.
İcra Hakimiyyətinin binasına giriş qadağandır.
BakuCity.az