Mallar kül olub
"Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğından sonra çəkilən görüntülər yanğının miqyasından xəbər verir.
Fevralın 18-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində baş verən yanğında 1 000 kvadratmetrə qədər ərazi yanıb.
Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO
Yanğın hadisəsi nəticəsində çox sayda mağazaya ciddi ziyan dəyib, mallar yanaraq kül olub.
Ərazidən çəkilən görüntülər vəziyyətin nə yerdə olduğunu göstərir.