Tutulan icra başçısı pay torpaqlarını zorla alıb, həkimlərdən pul tələb edib - İDDİA

Tutulan icra başçısı pay torpaqlarını zorla alıb, həkimlərdən pul tələb edib - İDDİA

Həkimlərə “tas” qoyub

Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) xüsusi təyinatlıları Neftçala Rayon İcra Hakimiyyətinin binasına daxil olub. Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən tutulub.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, İsmayıl Vəliyevin adı bundan əvvəl bir çox qalmaqallarda hallanıb.

Yerli mətbuatda İ.Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb.

Məlumatların birində qeyd olunurdu ki, icra başçısı Neftaçalada özünə bazar tikdirib və bazarın ətrafındakı dükanları sökdürüb.

Ümumiyyətlə, İ.Vəliyev yerli sahibkarları sıxışdırması xəbərləri ilə gündəmə gəlib.

Bundan başqa, icra başçının fəaliyyətinin rayonda kütləvi narazılıq yaratması barədə də xəbərlər yer alıb.

Onun Neftçala sakinlərindən pay torpaqlarını zorla alması “əməliyyatına rəhbərlik etməsi” də yazılanlar siyahısındadır.

İ.Vəliyevin qurduğu şəbəkənin rayonun səhiyyəsini bərbad hala qoyduğu yazılırdı. İcra başçısının həkimlərə “tas” qoyması barədə məlumatlar yayılıb.

Bundan başqa, icra başçısının səyi və təşəbbüsü ilə xeyli işçinin maaşının mənimsənildiyi bildirilir.

İcra başçısının qohumluq əlaqələrini işə salaraq vəzifəsindən sui-istifadə etməsi, bununla da rayonda bütün təşəbbüsü ələ alması barədə məlumatlar mətbuat səhifələrində çoxdur.

Qeyd edək ki, İ.Vəliyev 2011-ci ildən Neftçalanın icra başçısıdır.

BakuCity.az

Neftçala icra başçısı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər