Bakıda 119 yaşlı bank binası: sovet vaxtı mağaza, indi şirkət ofisi - ARAŞDIRMA + FOTO

Bu binanın görünüşü Şərqdə çox böyük əhəmiyyət daşıyır

BakuCity.az“Bakının tarixi binaları” rubrikası çərçivəsində mülki mühəndislər Anatoli Nikolayeviç Kalqin və Qavriil Mixayloviç Ter-Mikelovun layihəsinə əsasən Bakıda inşa edilərək 1905-ci ildə istifadəyə verilən Tiflis Kommersiya Bankının binasından bəhs edir.

Bu məqsədlə paytaxt binaları haqqında geniş məlumata sahib, memar, yazıçı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyevə müraciət etdik.

E.Əliyevin araşdırmasına görə, Tiflis Kommersiya Bankının nizamnaməsi 21 may 1871-ci ildə Rusiya imperatoru II Aleksandr tərəfindən təsdiq edilib:

“İdarə Heyəti – Tiflis şəhərində yerləşən bank öz fəaliyyətinə 24 fevral 1872-ci ildə başlayıb. Bankın Bakı, Batumi, İrəvan və Qroznı şəhərlərində də filialları var idi. 1885-ci il sentyabrın sonunda Bakıda nəşr edilən “Kaspi” qəzeti oxucularına Tiflis Kommersiya Bankının Bakıda filial açmaq qərarı barədə məlumat verdi. Həmin ilin dekabrında Bakıya filialın açılışının təşkili məqsədilə Tiflis Kommersiya Bankının İdarə Heyətinin üzvü və əsas səhmdarı, öz dövrünün ən varlı şəxslərindən biri, Rusiyanın görkəmli neft maqnatı və xeyriyyəçisi Aleksandr İvanoviç Mantaşev gəldi”.

Beləliklə, Tiflis Kommersiya Bankının Bakı filialının açılışı 1 yanvar 1886-cı il tarixinə təyin olunsa da, bank üçün kirayə götürülmüş Qorçakovskaya küçəsi (hazırkı Hacı Zeynalabdin Tağıyev küçəsi) və Merkuryevskaya küçəsinin (Zərifə Əliyeva küçəsi) kəsişməsində yerləşən A.T.Tsaturova məxsus yaşayış binasında aparılan təmir səbəbindən 9 fevral 1886-cı ildə baş tutub.

E.Əliyev davam edir: “O dövrün qəzetlərinin yazdığına görə, bank “möhkəm bir anbar, müxtəlif yanğınsöndürmə vasitələri, pulların qəbulu və verilməsi üçün xüsusi kassa ilə yeni təmir edilmiş bir neçə işıqlı otaqda” yerləşirdi. Bankın sonrakı tarixi, həmin filialın açılması barədə qərarın düzgünlüyünü sübut etdi: bakılılar Tiflis Kommersiya Bankının kreditlərindən həvəslə istifadə edirdilər.

Şəhərdə iqtisadiyyatın və sənayenin canlanması hesabına bankın işləri yaxşı gedirdi və bu səbəbdən XIX əsrin sonu - XX əsrin əvvəllərində bankın ehtiyaclarını ödəmək üçün Bakıda ayrıca binanın inşası barədə qərar qəbul edildi. Tiflis Kommersiya Bankının rəhbərliyi, öz nümayəndəlikləri üçün şəhərin ticarət mərkəzində Milyutinskaya küçəsi (hazırda Tərlan Əliyarbəyov küçəsi) və Baryatinskaya küçəsi (hazırda Akademik Əbdülkərim Əlizadə küçəsi) kəsişməsində yerləşən sahəni seçdi.

Beləliklə, 1901-ci ildə möhtəşəm bir binanın inşasına başlanıldı.

Bu bina, Bakı modernizminin əsaslı nümunəsi olmaqla yanaşı, Şirvan-Abşeron məktəbinin möhtəşəm daş oyma nümunəsi oldu. 120 il keçməsinə baxmayaraq, bu gün də bankın binası Bakının tarixi mərkəzinin həcm-məkan və şəhərsalma obrazında fəal element olaraq qalır. Tiflis Kommersiya Bankının filialı bütün işlərin yekunlaşdırılmasından sonra, 1905-ci ilin mart ayında özünün daha təmtəraqlı həyat sürən çox zəngin burjuanın nəfis malikanəsinə oxşar binasına köçdü. Bu binanın görünüşü Şərqdə çox böyük əhəmiyyət daşıyır”.

Memarın fikrincə, layihə müəllifləri ifadəli siluetə məxsus ikimərtəbəli evin künc mövqeyini çatışmazlıqdan üstünlüyə çevirməyə bacarıblar:

“Məhz qübbəli tin-tin qalaça ilə vurğulanan künc hissə kompozisiyanın memarlıq və planlaşdırma mərkəzinə çevrilib. Dərin tağ-talvarları və nəfis oymalara məxsus, çox plastik həll edilmiş hissə memarlıq kütlələrinin düzgün nisbəti ilə qeyd olunub. Birbaşa əməliyyat zalına aparan və günbəzlə örtülmüş, planda yarımdairəvi mərmər pilləkən də diqqət çəkir. Balkon, səxavətlə üzüm tənəkləri ilə sarılmış kronşteynlərə söykənir. Yerli məhsuldarlığı simvolizə edən eyni mövzu bütün fasadları əhatə edir. Ornamentin müxtəlif yerlərində hər növ meyvə və digər məhsullarn digər simvolları gözə çarpır.

Balkon kronşteynləri, friz, tağ timpanları və digər elementlərin detallarının “Art nouveau” üslubunda rəsmləri Şirvan-Abşeron məktəbinin ən yaxşı daş oyma ənənələri əsasında işlənib. Təbii materialın, memarlıq formaları və elementlərinin fakturasının keyfiyyətinin nəfis dərk edilməsi sayəsində Bakı memarlıq abidələrinin sırasına daxil olmuş və müəlliflərin əsərlərində mühüm yer tutmuş binanın plastikliyinə və effektiv həcmliliyinə nail olunub”.

E.Əliyevin qeyd etdiyi kimi,23 yanvar 1916-cı ildə bankın adı dəyişdirilərək Qafqaz Bankı adlandırılıb və bankın yeni nizamnaməsi təsdiq edilib.Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bank 1921-ci ildə milliləşdirildi. Sovet dövründə bina “Uşaq dünyası” mağazasına və Azərbaycan Elmlər Akademiyasının “Bilik” cəmiyyətinə məxsus olub.

Qeyd edək ki, haqqında bəhs edilən bu tarixi memarlıq abidəsində hazırda avtomobil satışı ilə məşğul olan şirkətlərdən biri fəaliyyət göstərir.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı bank bina Elçin Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az