Vəzifəli şəxslər tutuldu - Neftçaladakı əməliyyatla bağlı RƏSMİ MƏLUMAT

Vəzifəli şəxslər tutuldu - Neftçaladakı əməliyyatla bağlı RƏSMİ MƏLUMAT

Geniş məlumat veriləcək

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçaladakı əməliyyatla bağlı məlumat yayıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Həmçinin oxu: Tutulan icra başçısı pay torpaqlarını zorla alıb, həkimlərdən pul tələb edib - İDDİA

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

BakuCity.az

Neftçala əməliyyat DTX
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər