Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi

Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi

Xəbərdarlığa əməl olunmasa, İqtisadiyyat Nazirliyinə müraciət olunacaq

Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

BakuCity.az-ın məlumatına görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, idarənin əməkdaşları tərəfindən Zirədə yerləşən quşçuluq ferması ətrafında bir neçə dəfə monitorinq keçirilib. Atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və nəticələr norma daxilində olub:

“Lakin ətrafa yayılan iy-qoxu ilə bağlı fermanın rəhbərliyinə tez bir zamanda iy-qoxu yaradan tullantıların təmizlənməsi və düzgün idarə olunması üçün xəbərdarlıq edilib”. 

Departament direktorunun sözlərinə görə, xəbərdarlığa əməl olunmadığı təqdirdə quşçuluq fermasının daxili istehsalat prosesinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyinə müraciət olunacaq və tullantıların idarə olunması vəziyyəti araşdırılacaq.

BakuCity.az

Bakı ferma xəbərdarlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər