Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi - VİDEO

Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi - VİDEO

Avtomobil yeni qazılan çuxura aşıb

Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib.

BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Bakı-Sumqayıt yolunda təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub.

Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxura aşırıb.

Eyni istiqamətdə hərəkətdə olan Toğrul Cəfərli isə idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsi ilə həmin şəxsin üzərindən keçib.

“BMW”də olan sərnişin İsmayıl Xaspoladovun sözlərinə görə, yerə uzanan şəxsi öncə başqa bir avtomobil vurubmuş.

Fakt araşdırılır.

BakuCity.az

Bakı piyadavurma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər