Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq alan direktorla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq alan direktorla bağlı RƏSMİ AÇIQLAMA

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirib

Bir müddət əvvəl Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılmışdı.

BakuCity.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.az-a bildirilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

“Aparılmış araşdırmanın nəticələrinə əsasən müəyyən edilib ki, məktəbin üç nəfər kiçik xidmətedici işçisi işə gəlmədiyinə görə onların vəzifə funksiyaları həmin məktəbdə müvafiq olaraq kiçik xidmətedici işçilər kimi cəlb edilmiş digər şəxslər tərəfindən yerinə yetirilib və hesablanmış əməkhaqqını onlar alıblar.

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib.

Onu da qeyd edək ki, müvafiq nöqsanlar aparılan araşdırmadan öncə məktəbin direktoru tərəfindən aşkarlanaraq aradan qaldırıldığı üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb”.

BakuCity.az

Bakı məktəb direktoru xəbərdarlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər