Tanınmış modelyer Gülnarə Xəlilovadan 8 Mart məsləhəti: “Ən böyük trend zövqlü olmaqdır”

“Ən böyük gözəllik sağlamlıqdır”

Ümumilikdə bayram ayı kimi qəbul edilən mart ayının gəlişini, demək olar, hər kəs səbirsizliklə gözləyir. Xanımlar üçün isə bu ay xüsusi əhəmiyyət kəsb edir. Çünki bu ayın ilk bayramı məhz 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Həmin gün bütün qadınlar həm cazibədar, həm də fərqli görünmək istəyir. Necə deyərlər, gözəllik ondursa, doqquzu dondur. 

Bəs zərif cinsin nümayəndələri bayramı daha gözəl, yaddaqalan keçirmək, həmin gün daha cəzbedici görünmək üçün necə geyinməlidirlər? Eləcə də bayram günü xanımlarını məmnun etmək istəyən bəylər hansı geyimlərə üstünlük verməlidirlər?

BakuCity.az-ın bu və ya digər suallarını tanınmış modelyer-dizayner Gülnarə Xəlilova cavablandırıb.

8 martda özəl geyim seçimində həm xanımlara, həm də həmin gün xanımları üçün özəl görünmək istəyən bəylərə dəyərli məsləhətlərini verən modelyer qeyd edib ki, geyimləri seçərkən diqqətli olmaq lazımdır:

"Ümumiyyətlə, xanımlar hər zaman gözəl olmalı, gözəl görünməlidirlər. Ancaq hər bir insan daha çox öz zövqünə uyğun, özünə rahat olanı və yaraşanı seçib geyinməlidir. Sadəcə, bu ərəfədə keçirilən tədbirlərin mahiyyətinə baxmaq lazımdır: ziyafətdirsə, əlbəttə ki, ziyafət geyimləri daha uyğundur, kokteyl formatındadırsa, kokteyl geyimləri seçiləcək və s. Bəzi xanımlar hər zaman bəlli kostyum dəstlərindən istifadə edirlər. Bu geyimlərdən də ziyafətə uyğun olanını seçib geyinmək olar. Kostyumların günlük formatları da var və dediyim kimi, onların da uyğun olanından rahatlıqla istifadə edə bilərlər”. 

Təbii ki, bəylərimiz də hər zaman yaxşı görünmək istəyirlər, xüsusilə də xanımlar üçün çox önəmli olan günlərdə. G.Xəlilova Beynəlxalq Qadınlar Günü xanımlarına daha şux görünmək istəyən bəylərə də məsləhət verib:

“Bəylər arasında rəngarəngliyi sevənlər də var. Amma klassik görünüşə, tünd rənglərə üstünlük verən və dəblə ayaqlaşmağa lüzum görməyən bəylərimiz çoxdur. Bu bəylər qarderoblarında olan qara, qəhvəyi, göy, bej tonlardan və ya bir çox rənglərin tündlərindən ibarət geyim dəstlərini istifadə edə bilərlər. Dizaynerlər də demək olar ki, hər mövsümdə bəylər üçün həm çox rəngarəng, həm də ciddi üslubları təqdim edirlər.

Mən hər zaman deyirəm: ən böyük trend zövqlü olmaqdır. Zövqlə seçilən geyimlər həm xanımlara, həm də bəylərə xüsusi görünüş verir. Təbii ki, dəblə ayaqlaşmağı sevən insanlar da var. Hazırda isə dəb gündəmində zövqlü geyimlərlə yanaşı, zövqsüz geyimlərlə də rastlaşırıq. Baxmayaraq ki, dizaynerlər bunu yeni dəb kimi təqdim edirlər. Geyim hər bir insanın özünə - boyuna, bədən ölçülərinə, saç, göz rənginə uyğun və düzgün seçilməlidir”.

Tanınmış modelyer bu yaz-yay mövsümünün trendləri barədə də məlumat verib:

“Bu yaz-yay mövsümündə çox qısa üst geyimlərindən (topik) istifadə olunacaq. Cins geyimlər, əsasən, dəst halda gündəmdə olacaq. Tropik üslublar – yaşıl təbiət, meşə, cəngəllik, ağacların rəngləri və s. üslublar gündəmdə olacaq. Heyvan rəsmləri (animal üslub) – bəbir, zebra, ilan dərilərinin naxışları da geyimlərdə istifadə oluna bilər. Həcimli qollar artıq uzun illərdir ki dəbdədir və bu mövsümlərdə də gündəmdə olacaq. Kombinezonlar gündəmini hələ də saxlayır. Keçən mövsüm parçalarda çox xırda güllər dəbdə idisə, bu mövsüm daha çox həcmli çiçəkli naxışlar gündəmdə olacaq. Şəffaf parçalardan hazırlanmış geyimlər və saçaqlar yenə də aktualdır. Rənglərdən isə daha çox qızılı ton rənlərdən istifadə olunacaq. Narıncı rəngin bütün tonları dəbdə olacaq”.

Hər bir qadın kimi, 8 Mart günü özünü fərqli hiss etdiyini, sevincli olduğunu və həddən çox təbrik aldığını deyən G.Xəlilova xanımlara öz arzularını da çatdırıb:

“Düzdür, bayramlarını qeyd edən xanımlar bir-birini də təbrik edir, amma məncə xanımlar yalnız bəylər tərəfindən təbrik olunmalıdır. Buna görə də mən bütün xanımlarımıza sadəcə arzularımı çatdırıram. Xanımlarımıza qadın xoşbəxtliyi, hər zaman gözəl görünməyi, yüksək geyim mədəniyyətinə yiyələnməyi arzulayıram. Sağlam olsunlar! Qadın sağlamdırsa, demək, Allah tərəfindən ona ən böyük gözəllik, hədiyyə verilib”.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Gülnarə Xəlilova 8 Mart dəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az