Erməni mediası təlimləri təşvişlə qarşılayıb
Azərbaycan əsgərinin Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində keçirdiyi “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimlər maraqlı görüntülərlə yadda qalıb.
BakuCity.az AZƏRTAC-a istinadən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlimlərdən fotoreportajı təqdim edir.
Qeyd edək ki, təlimləri təşvişlə qarşılayan erməni mediası Naxçıvanda müxtəlif bölmələrin xüsusi təyinatlı birləşmələrinin birgə döyüş fəaliyyəti təcrübəsinin mövcud olmasının erməni ordusu üçün əsl təhlükə mənbəyi olduğunu vurğulayıb.