Azərbaycanda 40 məktəbli qız abort olunub

Azərbaycanda 40 məktəbli qız abort olunub

"Valideynlərimizin yalnız 17 faizinin ali təhsili var"

Azərbaycanda məktəbli qızlar arasında abort halları yenə də qalmaqdadır. 

BakuCity.az-ın məlumatına görə, 2018-ci ildə abort etdirən 15-17 yaşlı məktəbli qızların sayı 40 nəfər olub.

Təhsil eksperti Kamran Əsədov Baku.ws-ə açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanuna görə, 6 yaşından 17 yaşına qədər bütün şagirdlər icbari təhsil almalıdırlar.

K.Əsədov bir maraqlı məqama da toxunaraq bildirib ki, valideynlərimizin yalnız 17 faizi ali təhsilə sahibdir. 83 faiz valideyn isə orta təhsilli sayılır:

"Onlar inkişaf dövrlərində övladlarına dəstək ola bilmirlər. Bu da onların məlumatsız olmasından irəli gəlir. Bu kimi problemlərin aradan qaldırılması üçün orta ümumtəhsil müəssisələrimizdə biologiya, anatomiya, eyni zamanda, həyat bilgisi fənlərinin daxilində şagirdlərə cinsi mövzuda məlumat verilməlidir. Bu məlumata sahib olan şagird öz bədənini tanıyacaq və gələcəkdə cinsi istismara məruz qalmayacaq".

Təhsil eksperti bu sahədə mütəxəssis çatışmazlığından da ciddi narahatlığını bildirib:

"Orta ümumtəhsil müəssisələrində psixoloqların öhdəliyinə düşən əsas vəzifələrdən biri də budur ki, hər bir şagirdə fərdi qaydada izahlı şəkildə ətraflı məlumat verilsin".

BakuCity.az

məktəbli qızlar abort
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər