Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi VAXT

Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi VAXT

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu çəkilir

Bu il ərzində respublika əhəmiyyətli 36, Bakı şəhərinin isə 12 rayon və qəsəbə yolunun abadlaşdırılmasına sərmayə qoyulub.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib.

S.Məmmədov deyib ki, bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometrinin çəkilib başa çatdırılması nəzərdə tutulub:

Həmçinin oxu: Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

"Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometrlik hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır".

O qeyd edib ki, bu ilin sonunadək Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisini başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

S.Məmmədov əlavə edib ki, alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası təmin ediləcək:

"İlbəil Bakı-Quba yolunun beton hissəsinin sıradan çıxmış sahələrini təmir edirik. Yəqin ki, alternativ yol tam istifadəyə verildikdən sonra beton yolun yenidən bərpası təmin ediləcək".

BakuCity.az

ödənişli yol Saleh Məmmədov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər