Bakı metrosuna yeni vaqonlar mayda gətiriləcək

Bakı metrosuna yeni vaqonlar mayda gətiriləcək

Ümumilikdə 20 vaqon gətiriləcək

Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək.

BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib.

Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir:

"Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".

Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

BakuCity.az

Bakı metro yeni vaqonlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər