AFFA daha bir futbolçunu milliləşdirdi - FOTO

AFFA daha bir futbolçunu milliləşdirdi - FOTO

“Hoffenhaym”ın yetirməsidir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb.

BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib.

Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-19-una yüksəlib. Onun Almaniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, U-19 millimiz fevralın 22-dən 28-dək Bakıda təlim-məşq toplanışında olacaq.

AFFA daha bir futbolçunu milliləşdirdi - FOTO, fotoşəkil-1

BakuCity.az

Azərbaycan yığması futbolçu legioner
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər