Nazirlik bina tikənlərə ağac verəcək

"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır"

Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur.

BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib:

“Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ötən ildən başlayaraq ictimai dinləmələr keçirilir.

İctimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edir və idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilir, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilir”. 

M.Qəmbərov bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verildiyini deyib:

“Nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil. Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır. Təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur”.

Qeyd olunub ki, nazirlik sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə hazırdır.

Ramilə Qardaşxanqızı

BakuCity.az

bina yaşıllıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bir sıra istiqamətlər üzrə fəaliyyət 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlu...
Hakimiyyət
FHN də müvafiq tədbirlərə cəlb olunacaq Prezident İlham Əliye “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,”...
Cəmiyyət
Ümumilikdə 273 yoluxma faktı qeydə alınıb Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq...
Cəmiyyət
Əraziyə baxış keçirilib Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar. Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri iddia edib ki, ölkə...
Cəmiyyət
Ət məhsulları mağazalarında acınacaqlı vəziyyət Pandemiyanın geniş yayıldığı bir zamanda əsas məsələ təmizliyə, gigiyenaya diqqət yetirməkdir – həm işləyənlər, həm də evdə qalanlar üçün. Evdə qalan insanların ən çox istifadə etdikləri məhsulların arasında ət də var. Bəs ət məhsulları satan mağazalarda vəziyyət necədir? Dəfələrlə bu tip obyektlərə reydlər təşkil olunub, mağaza sahibləri cərimələnib. BakuCity.az-ın məlumatına görə, Baku.TV-nin əməkdaşları xü...
Cəmiyyət
Əməkhaqqı saxlanılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib...
Ekologiya
Mülayim şimal küləyi əsəcək Bakıda mart ayının son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 31-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9,...
Cəmiyyət
Sərfiyyat iki dəfə çox olacaq “Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, hazırkı...
Cəmiyyət
“Heç bir məhdudiyyət yoxdur” Sosial şəbəkələrdə bu gündən şəxsi avtomobillərə benzin satışının qadağan olunacağı ilə bağlı məlumatlar yayılıb. “SOCAR Petroleum” QSC-dən BakuCity.az-a bildirib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin fasiləsiz satışı davam edir. Hər kəs istədiyi miqdarda yanacaq əldə edə bilər: “Hazırda yanacaq satışında heç bir məhdudiyyət yoxdur”. “Azpetrol”dan da yayılan məlumatları təkzib ediblər. BakuC...