Maqnitudası 3.3 olub
Bu gün saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə, Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə BakuCity.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Maqnitudası 3.3 olan zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.
BakuCity.az