Qaz sayğaclarına müdaxilələrə son qoyulur: Yeni qutular veriləcək - VİDEO

Qaz sayğaclarına müdaxilələrə son qoyulur: Yeni qutular veriləcək - VİDEO

Qutu iki yerdən möhürlənəcək

"Azəriqaz" İstehsalat Birliyi yeni şəffaf sayğac qutuları təqdim edir.

BakuCity.az-ın məlumatına görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə, xüsusən də zərbələrə davamlıdır.

Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Abonentlə Birlik arasındakı yersiz mübahisələrə, ittihamlara əsas qalmayacaq. Qutu ayrılıqda iki yerdən möhürlənəcək.

Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin də iştirakı ilə açılaraq lazımi prosedura təqdim ediləcək.

Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər. Elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür.

BakuCity.az

qaz sayğacları müdaxilələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər