Bakıda məhkuma "narkotikli şampun" vermək istədilər - FOTO

Bakıda məhkuma "narkotikli şampun" vermək istədilər - FOTO

Araşdırma aparılır

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı şəhər sakini Sultanov Ruslan İbrahim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı orada olan şampun qabının içərisndə xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,799 qram narkotik maddə - marixuana və 1.722 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda məhkuma "narkotikli şampun" vermək istədilər - FOTO, fotoşəkil-1

BakuCity.az

cəzaçəkmə müəssisəsi məhkum narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər