21 yaşı vardı
Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, G.Məmmədova tələbə olub.
BakuCity.az