Bakıda yeyib-içən dostlar hesabı ödəməyib qaçdılar - VİDEO

Bakıda yeyib-içən dostlar hesabı ödəməyib qaçdılar - VİDEO

Ofisiantın başını qatmaq üçün çay istəyiblər

Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb.

BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər:

“Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nəfər də gəldi. Spirtli içki içib, yemək yeyiblər. Bir neçə dəfə siqaret çəkmək üçün çölə çıxıblar, qaça bilməyib içəri qayıdıblar. Sonda ofisiantın başını qatmaq üçün çay istəyiblər, o aralanan kimi durub qaçıblar. Təxminən 200 manata yaxın hesabı verməyiblər”.

S.Əsgərov hadisə ilə bağlı polisə müraciət etdiklərini, araşdırma aparıldığını bildirib.

BakuCity.az

Bakı restoran hesab
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər