Gündüz şimal küləyi əsəcək
Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.
BakuCity.az