Azərbaycanda koronavirusun yayılması barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ

Azərbaycanda koronavirusun yayılması barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ

Biləsuvar gömrük məntəqəsi də fəaliyyətini dayandırıb

"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib".

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunur ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir:

"Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır".

Qeyd edək ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsi fəaliyyətini dayandırıb. İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfdən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər