Bakıda Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq - FOTO

Bakıda Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq - FOTO

            “Xocalı”  tamaşası nümayiş olunacaq

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin (BŞMBİ) və İdarənin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı” tamaşası nümayiş olunacaq.

BakuCity.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Filialdan bildirilib ki, səhnə əsərinin müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru BŞMBİ-nin Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlıdır.

Tamaşada Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğu vurğulanır. 2009-cu ildən bəri bütün idarə və təşkilatlarda, universitet və liseylərdə, orta məktəb və kolleclərdə nümayiş etdirilən bu səhnə əsərində diqqətə çatdırılır ki, Xocalı faciəsi Xatın, Lidisa, Naqasaki, Hirosima soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı bir aksiyadır. Tamaşanın məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.

Bu illər ərzində tamaşa böyük maraqla qarşılanıb, geniş şöhrət qazanıb.

Qeyd edək ki, tamaşa fevralın 24-də X.B.Natəvan adına kitabxanada (kitabxana-filial), fevralın 25-də İncəsənət Gimnaziyasında, fevralın 26-da isə Xəzər Universitetində nümayiş olunacaq. Nümayiş hər üç məkanda saat 15:00-da baş tutacaq. 

Tamaşada ziyalılar, tələbələr, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Bakıda Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq - FOTO, fotoşəkil-1 Bakıda Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq - FOTO, fotoşəkil-2 Bakıda Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq - FOTO, fotoşəkil-3

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Xocalı faciəsi tamaşa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər