"Azərbaycanda koronavirus yayılıb" deyən həkim saxlanıldı

"Azərbaycanda koronavirus yayılıb" deyən həkim saxlanıldı

Əməliyyat davam edir

Azərbaycanda "WhatsApp”da mesaj vasitəsilə koronavirusun yayılması barədə həqiqəti əks etdirməyən yalan məlumatlar yayılıb. Belə ki, koronavirusa yoluxmuş insanların Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə saxta məlumatlar yayılıb. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib, hüquq-mühafizə orqanları isə yalan məlumat və şayiələr yayan mənbələrlə bağlı əməliyyat tədbirləri həyata keçirib.

BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Virtualaz.org-a bildiriblər ki, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkar olunması barədə yalan məlumat yayan şəxs saxlanılıb.

Həmin şəxsin həkim olduğu müəyyənləşdirilib. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı suala cavab olaraq zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Azərbaycanda koronavirus barədə saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.

BakuCity.az

Koronavirus həkim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər