Azərbaycan əsgəri şəhid olub - FOTO

Azərbaycan əsgəri şəhid olub - FOTO

Qəhrəmancasına şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən BakuCity.az-a verilən məlumata görə, fevralın 24-ü saat 07 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olan düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Azərbaycan əsgəri şəhid olub - FOTO, fotoşəkil-1

Allah rəhmət eləsin!

BakuCity.az

Azərbaycan əsgəri şəhid
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər