Bakıda ağac kəsintisi şikayəti: Sakinlərin zəbt etdiyi ərazilərdə metal torlar söküldü

Bakıda ağac kəsintisi şikayəti: Sakinlərin zəbt etdiyi ərazilərdə metal torlar söküldü

Aidiyyəti quruma şikayət daxil olub

Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra hakimiyyətləri tərəfindən söküldüyü məlum olub.

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.

BakuCity.az

Bakı sakinlər metal torlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər