İranla sərhədin bağlanması Azərbaycanda böyük bahalaşmaya səbəb olacaq

İrandan daha çox kənd təsərrüfatı məhsulları gətirilir

Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

BakuCity.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov Baku.ws-ə bildirib.

Qurum rəsmisi deyib ki, Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına görə Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər görülür:

Həmçinin oxu: "Azərbaycanda koronavirus yayılıb" deyən həkim saxlanıldı

“Buna görə də həmin məntəqələrdə sərnişinlərin keçidinə müvəqqəti olaraq tam məhdudiyyət qoyulub. Yalnız Azərbaycan Respublikası vətəndaşlarının İrandan Azərbaycan ərazisinə, İran İslam Respublikası vətəndaşlarının isə Azərbaycandan İrana keçidinə icazə verilir”.

Nəzərə alsaq ki, Azərbaycan bazarlarında İrandan gətirilən məhsullar çoxluq təşkil edir, bu zaman bahalaşma qaçılmazdır.

Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, İran məhsullarının ölkəmizə idxalı böyük bahalaşmanı qaçılmaz edir:

“İran Azərbaycan üçün vacib ticarət tərəfdaşlarından biridir. İranla Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollardır. Bunun 404,8 milyon dolları İrandan Azərbaycana idxaldır, 31,2 milyon dolları Azərbaycanın İrana ixracıdır. Göründüyü kimi, biz İrandan daha çox məhsul idxal edirik. Bu baxımdan Azərbaycanın İrandan idxalı 13 dəfə çoxdur.

İranda koronavirusun yayılması İrandan Azərbaycana gətirilən məhsulların həcminə və strukturuna təsir göstərəcək”.

Ekspert deyib ki, faiz etibarilə İrandan Azərbaycana daha çox kənd təsərrüfatı və qida məhsulları idxal edilir. Buna görə də bu məhsullar bahalaşacaq:

“Azərbaycana İrandan daha çox kənd təsərrüfatı məhsulları gətirilir. Eyni zamanda, quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.

Əgər koronavirusun miqyası genişlənərsə, İrandan Azərbaycana məhsul gətirilməsi dayanarsa, bu, böyük bahalaşmaya səbəb olacaq. Xüsusən kənd təsərrüfatı məhsullarının qiymətinə ciddi təsir göstərəcək.

Qiyməti daha ucuz olan kənd təsərrüfatı məhsulları Azərbaycana İrandan gətirilir. Əgər bu məhsulların idxalında çətinliklər yaranarsa, təbii olaraq onların qiyməti kəskin artacaq”.

V.Bayramov qeyd edib ki, hələlik İrandan idxal edilən yüngül sənaye məhsullarının qiymətində qida məhsullarında olduğu kimi ciddi artımlar proqnozlaşdırılmır:

“Koronavirusun yayılma səviyyəsi nəzərə alınsa, həmin məhsullarının idxalının davam etməsi, həm də bu məhsulların alternativ olaraq Rusiya və Türkiyədən idxal olunması kompensasiya edilə bilər”.

BakuCity.az

İran gömürk bahalaşma koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az