Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq mümkün olacaq

Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq mümkün olacaq

Loukoster 43 hava limanına uçuşlar həyata keçirir

"Türk Hava Yolları" şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq. 

BakuCity.az-ın məlumatına görə, bu barədə "Report” aviaşirkətə istinadən xəbər verir.

Qeyd olunur ki, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Niderland, Böyük Britaniya, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistanına yerinə yetiriləcək aviareyslərə aid ediləcək. 

Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir.

BakuCity.az

Bakı Ankara İstanbul aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər