Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək

Meteohəssas insanlar üçün əlverişsiz hava

Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. 

Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 25-i gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BakuCity.az

Bakı güclü külək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər